Главная / Анонсы / 29 мая пройдет тренинг «Бариатрическая диетология»

29 мая пройдет тренинг «Бариатрическая диетология»

Bariatrik cərrahiyyə günümüzdə piylənmənin müalicəsində ən effektiv metodlardan birincisidir. Bariatrik əməliyyatlardan sonrakı uzun müddətli müvəffəqiyyətli nəticə isə xəstənin ömür boyu riayət edəcəyi qida və həyat tərzi dəyişikliklərinə bağlıdır.Bu yolda pasientin onu xüsusi müşahidə edəcəyi Bariatrik Dietoloqa ehtiyacı vardır. Təlimdə sizi Bariatrik və metabolik cərrahiyyəyə müraciət etmiş pasientə multidisiplinar yanaşma, dietoloqun rolu, xəstənin izlənməsinin önəmi və əməliyyat önü və sonrakı dövrə dair bir çox mövzular geniş müzakirə olunacaq.

Təlimin aparıcısı: Həkim Dietoloq, Beynəlxalq SCOPE sertifikasiyalı 
ƏSMƏR KƏRİMLİ

Təlimin mövzuları: 
♻️ Bariatrik dietoloq kimdir və komandada rolu.
♻️ Xəstəyə multidisiplinar yanaşım
♻️ Xəstənin əməliyyata hazırlıq dövrü və hədəflər.
♻️ Əməliyyat öncəsi ən sıx rast gəlinən qidalanma pozğunluqları.
♻️ Xəstənin əməliyyat sonrası aparılması və həyat tərzi 
♻️ Əməliyyat sonrası qısa və uzun müddətdə pəhriz planı.
♻️ Əməliyyat sonrakı dövrdə makro və mikronutrientlərin çatışmazlığı və korreksiyası.
♻️ Anemiya və Bariatrik cərrahiyə
♻️ Əməliyyat sonrası fiziki aktivlik 
♻️ Əməliyyat sonrası qidalanmaya bağlı ağırlaşmalar.
♻️ Geri çəki alma səbəbləri və necə qarşısını almalı.
♻️ Post bariatrik hamiləlik və ağırlaşmalar.
♻️ Post bariatrik plastik əməliyyatlar. 
♻️ Keyslər

Təlimin keçirilmə tarixi: 29 May 2019, 10.00 — 17.00
Təlimin dili: Azərbaycan
Təlimin sonunda Sertifikat təqdim olunur.

Sizi maraqlandıran hər hansı bir əlavə sualınız üçün telefon vasitəsilə müraciət edə bilərsiniz:(+994 12) 597-48-10; (+994 50) 661-09-33 (whatsapp aktivdir)

О ANDOP

Добавить комментарий