Главная / Анонсы / 29 мая пройдет тренинг «Детокс — правильное очищение организма»

29 мая пройдет тренинг «Детокс — правильное очищение организма»

29 may 14:00-da Nutrisiologiya, dietologiya və piylənmənin profilaktikası Akademiyasında “DETOKS: BƏDƏNIN DÜZGÜN TƏMIZLƏNMƏSI“ müəllif təlimi baş tutacaqdır. Birgünlük təlim zamanı orqanizmi toksinlərdən təmizləmək və detoksdan sonra çəkinin necə qorunması üçün nəzərdə tutulmuş proqramın sirlərinə yiyələnəcəksiniz.

Müəllif və təlimçi – Dr. Şumarə Qaracayeva, dietoloq, ANDOP-da təlimçi.

Təlimin proqramı:
💹 Detoks nədir?
💹 5 detoks proqramı.
💹 Asidoz-Alkaloz nədir?
💹 Qaraciyər detoksu.
💹 Ağciyər və dəri detoksu.
💹 Böyrək detoksu.
💹 Təmizləyici proqramların effektivliyini artırmaq üçün Detoks-mərkəzlərinə müraciətdən əvvəl riayət etməli olduğumuz düzgün qidalanma Planı.
💹 “7, 5, 3, 2 və 1” günlük detoks-proqramlar.
💹 Detoks proqramları əsnasında əldə edilmiş nəticələri möhkəmləndirmək üçün iki həftəlik qidalanma menyusu.
💹 Yükləmə günləri.
💹 Geniş yayılmış xəstəliklərdən əziyyət çəkən pasientlər üçün detoks-proqramlarından keçmə qaydaları.

Çay/kofe fasiləsi nəzərdə tutulmuşdur.

Keçirilmə tarixi: 29 may, 14:00-dan 18:00-dək

Təlimin keçirilmə dili – azərbaycanca. İlkin qeydiyyat önəmlidir, yer sayı məhduddur. Təlimin sonunda iştirakçılara sertifikat və pdf formatda materiallar təqdim olunacaqdır.

Əlaqə nömrələri:
(+994 12) 597-48-10
(+994 50) 661-09-33
info@andop.az

О ANDOP

Читайте также

10 мая стартует тренинг «Основы нутрициологии и диетологии»

Основы

Добавить комментарий